Yollardakı vəziyyətlə bağlı açıqlama

Dünən axşam saatlarından səhərə qədər “Azəryolservis” ASC-nin tabeliyində olan Yol-İstismar İdarələri 24 saat ərzində fəaliyyət göstərib. Bunu Avtosfer.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib. Qurum rəsmisi bildirib ki, Bakının bütün avtomobil yolları, prospekt, küçələrinə gecədən başlayaraq səhər saatlarına qədər müvafiq xidmət göstərilib, nəqliyyatın normal hərəkətini təmin etmək üçün yollara qum-duz qarışığı səpilib.“Dünən gecə saatlarından ”Azəryolservis” nəqliyyat və texnikanı hazır vəziyyətə gətirilib. Demək olar ki, nəqliyyatın normal hərəkəti təmin edilib. Bakı şəhərinin avtomobil yolları və küçələr üzrə demək olar ki, heç bir problem yoxdur. Təbii ki, bundan sonra da harada bir çətinlik olsa bütün işçi heyəti və maşın mexanizmləri həmin ərazilərə səfərbər olunacaq”, - deyə P. Mürsəliyev bildirib.
O əlavə edib ki, dünən axşam saatlarında bəzi nəqliyyat vasitələrinin naşı sürücüləri Bakı-Sumqayıt yolunda müvafiq işlərin aparılmasına müəyyən maneələr yaradıb ki, bu, tıxacın yaranmasına səbəb olub. “Azəryolservis” rəsmisinin sözlərinə görə, artıq Bakı-Sumqayıt, “Dairəvi-1”, Xocasən-Lökbatan yollarının təhlükə olan ərazilərində nəqliyyatın normal hərəkəti təmin olunub. Qurum naşı sürücülərdən bu cür havada yola çıxmamalarını xahiş edib.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












