Banner

“Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarış keçirildi - FOTO

Gündəm 30 Mart 2021 21:14 Oxunub 1050
“Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarış keçirildi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq 30 mart 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzi və Mingəçevir  şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin  dərnək üzvləri arasında yol hərəkəti qaydalarına həsr olunmuş  “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarış keçirildi.

Məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, istedadlı uşaqları müəyyən etməkdən ibarət olmuşdur.

Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis mayoru Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Kamran Məmmədov, Mingəçevir  şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Xətai Məmmədov, Bakı şəhər  1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru Kəmalə Abdullayeva, Sumqayıt şəhər  1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru Əntiqə Rzayeva, Mingəçevir  şəhər  Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru Ədalət Quliyeva, direktor müavinləri, müəllimlər və valideynlər iştirak etdi.

Münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis kapitanı Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Kamran Məmmədov, Mingəçevir  şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Xətai Məmmədov idi.

Yarış Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzi və Mingəçevir  şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərindən təşkil olunmuş 3 komanda arasında 2 raundda keçirildi: I raundda mövzu ilə bağlı rəsm çəkildi, II raundda uşaqların xüsusi uşaq oturacaqları, təhlükəsizlik kəməri və yol nişanları haqqında nəzəri bilikləri yoxlanıldı, 30 şagirdin cəlb olunduğu yarışda uşaqlar yol hərəkəti qaydalarına aid biliklərini ekranda əks olunan sualları cavablandırmaqla nimayiş etdirdilər.  

Hər bir komandanın mövzu ilə bağlı çəkdiyi rəsmlər qiymətləndirilərək onların nəticələrinə əlavə olundu.

Yarışın nəticəsinə görə Bakı şəhər  1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin komandası I, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzi və Mingəçevir  şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandaları II yerə layiq görüldülər. Hər komandada fərqlənən uşaqlar qeyd edildi.  

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh