"YouTube" Rusiya kanallarını bloklayıb

"YouTube" Rusiya kanallarını bloklamağa başlayıb.
Bu barədə şirkət məlumat yayıb. ""YouTube" bütün dünyada Rusiyanın dövlət media kanallarının dərhal bloklandığını elan edib. "Rossiya Seqodnya" media qrupunun kanalları da "YouTube"da bloklanıb", - deyə videohostinqin bəyanatında deyilir. Məhdudiyyət tətbiq edilənlər arasında həmçinin TASS dövlət agentliyi, VQTRK (Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti), Birinci Kanal, RBK, REN TV, NTV, "Moskva 24" və başqaları var. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi və VQTRK federal dövlət unitar müəssisələridir. Onların "RİA Novosti", "Sputnik", "Ruptly", "Rossiya 1", "Rossiya 24" və digər kanalları da bağlanıb.
"Moskva 24" Moskva meriyasının dəstəyi ilə yaradılan "Moskva Media" holdinqinin bir hissəsidir. REN TV - NMQ qrupunun bir hissəsidir, NTV isə "Qazprom-Media"ya məxsusdur. Bundan əvvəl "YouTube" Rusiya istifadəçiləri üçün bütün monetizasiya funksiyalarını tamamilə dayandırmışdı. Bundan əlavə, platforma Rusiyadan olan istifadəçilər üçün reklamları qadağan edib.
Mənbə: Kommersant
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...











