Yük avtomobilindən 3 minə yaxın dərman vasitələri aşkar edilib - FOTO

Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42-BL-556/42-ZA-456 nömrə nişanlı yük avtomobilinə rentgen qurğusu ilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən malların hər birinin fiziki yoxlanılması qərara alınıb.
Təkrar baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan "kosmetik vasitə" yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 2942 ədəd müxtəlif adda tibbi təyinatlı gel, 18 qutu həb şəkilli və 10 ədəd flakonda maye halında olmaqla müxtəlif adda dərman vasitələri aşkar edilib.
Qeyd olunan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Namiq Musayev



Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












