Yük maşınlarının növbəsi ilə bağlı problem həll edilir

Azərbaycanda nəzarət-keçid məntəqələrində iri həcmli yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skayner tipli avadanlıq quraşdırılıb.
Avtosfer.az trend-in istinadən xəbər verir ki, bunu Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyev bildirib ki, hazırda yük vaqonlarının yoxlanılması üçün daha 2 belə avadanlığın quraşdırılması həyata keçirilir: “Bu avadanlıqlar sərhəd məntəqələrində növbələrin yaranmasının qaşısını alacaq”.
Komitə sədri həmçinin qeyd edib ki, ümumilikdə Azərbaycan Dövlət Gömrük Komitəsi son il ərzində nəzarət-keçid məntəqələrində yüklərin yoxlanılmasının təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə lazımi avadanlığın əldə olunması üçün böyük investisiyalar həyata keçirib: “Bu tədbirlər yüklərin gömrük yoxlanışının sürətləndirilməsinə yardım edir və yüklərin təhlükəsiz keçidini təmin edir”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












