Zabitlər qəzaya düşüb: 1 ölü, 3 yaralı - YENİLƏNİB - FOTOLAR

Tərtər rayonunun Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi xəbərə görə qəzaya düşənlər Azərbaycan ordusunun zabitləridir. Şəxsiyyəti hələlik məlum olmayan sürücü idarə etdiyi "VAZ 2107" markalı minik maşınını aşırıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Tərtərdə yol qəzasına düşən hərbiçilərin şəxsiyyəti məlum olub. Yaralanan dörd nəfərin hamısı Azərbaycan silahlı Qüvvələrində müddətdən artiq xidmət edən (MAXE) hərbiçilərdir. Yaralılar 1992-ci il təvəllüdlü Bəylərov Emin Nuğay oğlu, 1994-cü il təvəllüdlü Rəfizadə Nurlan Rəfail oğlu, 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğludur. Qəza zamanı həlak olan hərbi qulluqcu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Əsgərzadə Anar İlham oğludur. Yaralılar Ağcabədi ərazisindəki hərbi hospitala yerləşdiriliblər. Qəzaya uğrayan nəqliyyat vasitəsinin Koroğlu Əhlimanlıya məxsus olduğu bildirilsə də, kimin idarə etdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aprılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
















