Zabrat-Maştağa yolunda dəhşətli qəza: 6 ölü - FOTOLAR

Sabunçu rayonu Zabrat-Maştağa yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üzü Koroğlu metrosu istiqamətində hərəkət edən “VAZ 2106” markalı avtomaşınla yolun əks istiqaməti ilə hərəkət edən Hafiz Qulievin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü və maşında olan 5 nəfər elə hadisə yerində dünyasını dəyişib. Meyitlər maşından hadisə şahidləri tərəfindən çıxarılıb. Maşından çıxarılan biri azyaşlı olmaqla 6 gəncin meyiti polislərin müşayəti ilə morqa göndərilib. Digər maşının sürücüsü Hafiz Quliyev və onun sərnişin Nizami Gülməmmədov isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onların da həyatları üçün təhlükə qalmaqdadır.
Hadisədən sonra qəza yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olnub. Hadisəni araşdıran müstəntiq Eynur Abdullayevin verdiyi məlumata görə, hələlik hadisə nəticəsinə dünyalarını dəyişənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qəzanın səbəblərini və ölənlərin adlarını dəqiqləşdirmək istiqamətində başlanan araşdırmalar davam etdirilir. APA
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















