Yağış və güclü külək Zaqatalanın kəndlərinə ziyan vurdu

Sərt hava şəraiti Zaqatalanın 7 kəndinə ciddi ziyan vurub.
Bu barədə Trend-ə Zaqatala Rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, kəskin hava şəraiti səbəbindən çoxlu sayda evə və təsərrüfata ziyan dəyib: “Zaqatalanın Mosul, Qandax, Faldarlı, Müğanlı, Kəpənəkçi, Dağlı və Üçüncü Tala kəndlərinə ziyan dəyib. Bu kəndlərdə bir neçə evin damı yararsız hala düşüb, mal tövlələrinin dam örtüyü də uçub. Çoxlu sayda yaşılllıq əraziyə ziyan dəyib, irigövdəli ağaclar aşıb. Bundan əlavə elektrik və telefon dirəkləri aşıb. Elə yerlər var ki, sıra ilə rabitə kabelləri üçün olan dirəklər aşaraq sıradan çıxıb”.
İH-dən qeyd olunub ki, baş vermiş hadisənin araşdırılması üçün rayon Fəvqaladə Hallar Komissiyası tərəfindən xüsusi qruplar ayrılıb və ərazilərə cəlb olunublar: “Hazırda həmin kəndlərə işığın verilməsi istiqamətində işlər görülür, bu gün yekunlaşacağı nəzərdə tutulur. Bəzi ərazilərdə irigövdəli ağacların aşması səbəbindən yollarda avtomobillərin gediş-gəlişində problemlər yaranmışdı. Texinkaların köməyi ilə həmin problemlər də aradan qaldırılıb, yollar açılıb”.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











