Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı analizlərin nəticələri açıqlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 7-də Zaqatala rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticəsini açıqlayıb.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, laboratoriyanın yekun sınaq protokoluna əsasən, müayinəsi aparılan bişmiş toyuq əti dönəri, qida ilə təmasda olan alət və səthlərin yaxma nümunələrində (Staphylococcus aureus, Clostridium perfringens, B.cereus və E.coli) bakteriyalar aşkarlanıb.
Qeyd olunub ki, hadisənin sanitar-gigiyenik rejimin pozulması nəticəsində məhsulların ikincili bakterial çirklənməsi səbəbindən baş verdiyi təsdiqlənib.
Xatırladaq ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın, 13 kişi olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olmuşdu.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












