Zaqataladan axan çaylarda sululuq artıb, selə qarşı tədbirlərə başlanılıb - FOTO

Zaqatala rayonu ərazisindən axan dağ çaylarında selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən məlumat verilib. Bildirilib ki, idarə tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. Təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel olaraq aparılır.
Qeyd olunub ki, rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində 45 km-ə yaxın sahil mühafizə bəndləri mövcuddur. Onlardan əkin sahələrinin, yaşayış məntəqələrinin mühafizə olunması məqsədilə 100 paqonometr uzunluğunda daş-beton bəndlər təmir olunub. Çaylarda isə buldozerlər və ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi sahəsində 236 min kbm-dən artıq həcmində müvafiq işlər görülüb. Hazırda ən təhlükəli çaylardan hesab olunan Muxaxçay sisteminin buldozerlərlə tənzimlənməsi davam edir.
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
















