Zəncirlənən keçidlərlə bağlı araşdırma başlandı

Nəqliyyat Nazirliyi yollarda bir neçə özbaşınalığın qarşısını alıb. “Azəryolservis” ASC-nin əməkdaşları fəaliyyətə keçib. Nəsimi rayonunda, 42 nömrəli məktəbin qarşısındakı piyada keçidinin önünə bağlanan zənciri qırmaq üçün əraziyə ağır texnika cəlb edilib. İlk olaraq qıfıllanan zəncir qoparılıb, sonra isə zəncirin bağlanması üçün yerə bərkidilən dəmir boru çıxarılıb.
Daha bir söküntü isə Mirqasımov küçəsində Nəsimi bazarı yaxınlığında kafe kimi istifadə olunan ərazidə oldu. Sahibkar yolun təxminən bir zolağına piltələr döşəyərək kafenin qarşısını ticarət məqsədi ilə istifadə edirmiş. Həmçinin ətrafa da tikinti materiallarını yığması yoldan keçənlərin işini daha da çətinləşdirir. Obyekt sahibi Məcid Yusifov bu işdə özünə haqq qazandırsa da, maneə aradan qaldırılıb və bu şəxs qanun pozuntusuna görə cərimə olunacaq.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbərliyindən bildirilib ki, qanunu pozan fiziki şəxslər 100, hüquqi şəxslər 400-500, vəzifəli şəxslər 4-5 min manat cərimə olunacaq. “İstənilən ərazdə yolun hərəkət hissəsində hər hansı maneə yaradan şəxs cəzalandırılacaq. Odur ki, sonrada peşmançılıq yaşamayasız deyə, işinizi ehtiyatlı tutun”. ANS
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












