Zəngəzur dəhlizi açılarsa, Orta dəhlizlə bağlı imkanlar son dərəcə inkişaf edəcək - Səfir

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana və Zəngəzur dəhlizi açılarsa, Çindən Londona qədər Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, rəsmi Ankaranın prosesə dəstək verdiyini bildirib.
Diplomat söyləyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr daha da inkişaf etməlidir:
“Bu gün ticarət həcmimiz altı milyard yarım dollardır. Hədəf 15 milyard dollardır. Bu, xəyal deyil. İnteqrasiya sürətlənərsə, qarşıdakı 3-5 il içində bu hədəfimizə çata bilərik”.
B.Akgün Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı ilə formalaşan əlaqələrin kritik dövrlərdə konkret nəticələrə səbəb olduğunu vurğulayıb.
“İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdə Azərbaycanın əzmi, Türkiyənin güclü mənəvi və siyasi dəstəyini mühüm rol oynadı”.
Azərbaycanın Qarabağ və ətrafının yenidən qurulması və dirçəldilməsi istiqamətində layihələr həyata keçirdiyini xatırladan səfir türk şirkətlərinin də bu səylərə böyük dəstək verdiyini bildirib:
“Hər iki ölkənin xalqları münasibətlərin səviyyəsindən xəbərdardır və bunu qiymətləndirir. Siyasi baxımdan prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi güclü liderlik və qardaşlıq anlayışı münasibətlərin hər səviyyəsində öz izini qoyub. Bu, İkinci Qarabağ müharibəsində olduğu kimi, Türkiyədəki zəlzələdə də özünü göstərdi. Zəlzələ zamanı Azərbaycan ən çox narahat olan və ən çox yardım göstərən ölkə idi. Əlaqələrimizi iqtisadi və mədəni baxımdan dərinləşdirməli, bir-birimizi daha yaxşı başa düşməli, birgə əməkdaşlıq perspektivini gücləndirməliyik”.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












