Zəngəzur dəhlizi Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək - Nəqliyyat naziri

“Türkiyə Çin və Avropa arasında yük daşınmaları üçün strateji marşrut yolu olacaq Zəngəzur layihəsinin həyata keçirilməsinə çalışır”.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada “Qazi” universitetində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, logistik və nəqliyyat şəbəkələrinin inkişafına yatırımlar edilməsi fəal şəkildə davam edir. “Bu gün biz Zəngəzur dəhlizini Orta dəhlizin bir hissəsi etməyə çalışırıq. Bu, Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək.
Nəqliyyat naziri Ankara üçün digər önəmli ticarət-nəqliyyat təşəbbüsü olan Türkiyə ərazisindən keçməklə Fars körfəzini Avropa İttifaqı ilə birləşdirəcək “İnkişaf yolları” layihəsinə də diqqət çəkib: “Bu marşrutun İraq ərazisində layihələndirilməsi başa çatıb. Artıq icra mərhələsinə keçmişik. Marşrutun açılması Türkiyəyə böyük iqtisadi fayda vəd edir”.
Uraloğlu Türkiyənin coğrafi mövqeyinin əhəmiyyətindən də danışıb. "Ölkəmizdən cəmi dörd saatlıq uçuş məsafəsində ümumi əhalisi 1,5 milyard nəfər olan 67 dövlət yerləşir. Bu, nəhəng bazardır".
O bildirib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 59 hava limanı vasitəsilə dünyanın 351 aeroportuna uçuşlar həyata keçirilir: "2024-cü ilin yekunlarına əsasən Türkiyənin hava limanlarındakı sərnişin axını 230 milyondan çox olub".
Sonda nazir Ankara ilə İstanbul arasında yeni avtomobil magistralının inşası ilə bağlı planlardan da söz açıb: "Hesablamalarımıza görə, 10 il sonra bu yola ehtiyac yaranacaq. Buna görə də bu gün biz gələcəyi planlaşdırırıq".

Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












