"Zəngəzur dəhlizinin heç kimə zərəri yoxdur" - Hulusi Akar

"Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranın birlikdə müzakirə apararaq sabitlik mühitini yaratmasını gözləyirik".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.
Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran nazir vurğulayıb ki, dünyada münaqişələrin olduğu, çətinliklərin yaşandığı müxtəlif bölgələr var: "Belə bölgələrdə məsələləri siyasi danışıqlarla həll edənlər daha təhlükəsiz, etibarlı məxrəcə gəliblər. Bunu görmək lazımdır. Ermənistanın bunları anlaması və bu mənada proseslərə sahib çıxması vacibdir. Əgər bunları anlayar, lazım olan addımları atarlarsa həm təhlükəsizlik, həm də rifah baxımından çox ciddi irəliləyişə nail olmaq mümkündür.
Təbii ki, Azərbaycanın da buna ehtiyacı var. Məsələ nədir? Zəngəzur dəhlizi. Bu dəhlizin heç kimə zərəri yoxdur. Burada görüləcək iş iki cəmiyyətin bir-biri ilə əlaqə saxlamasıdır. Bunları dəstəkləmək lazımdır. Bunlara mane olmaq olmaz. Bu cür inkişaf rifah yaradar. Bu sadəcə Azərbaycanda qalmaz bütün ətraf ölkələrə də faydalanmaq imkanı yaradar”.///unikal.org
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO
Şuşada beynəlxalq konfrans keçirildi - FOTOLAR
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Bakının 6 rayonunda yollar təmir olunacaq - SİYAHI










