Zəngilanda "Ağıllı kənd"in 42 hektarı minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilən ərazilərdə 906 hektar əkin sahəsini minalardan təmizləyib.
Bunu Agentliyin operativ qərargahının rəhbəri İdris İsmayılov deyib.
O bildirib ki, hazırda bu ərazilərin təmizlənməsi prosesi davam etdirilir: "Təmizlənmiş yerlər Ağdam, Zəngilan və Qubadlı rayonlarındadır. Həmçinin, cənab Prezidentin bu ilin fevral ayında Zəngilan şəhərinə səfəri zamanı "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi çərçivəsində təmizləmə əməliyyatı başlanıb. Həmin ərazidə ilkin mərhələdə 50 hektar ərazidə yaşayış sahəsinin salınması planlaşdırılır ki, artıq agentlik tərəfindən 42 hektar, yəni qeyd edilən ərazinin 86 faizi təmizlənərək aidiyyəti üzrə təhvil verilib. Yerdə qalan 8 hektar ərazi isə bir neçə günə təmizlənərək təhvil veriləcək".
İ.İsmayılov qeyd edib ki, daha sonra yeni salınacaq yaşayış məntəqəsinin ətrafında olan kənd təsdərrüfatına yararlı torpaqların təmizlənərək təhvil verilməsi nəzərdə tutulur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












