Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verilib

Zərdab rayonunda küçələrdən birinə 1993-cü ilin avqustunda torpaqlarımızın azadlığı uğrunda Füzuli rayonunun Kültəpə ərazisində gedən döyüş zamanı şəhid olmuş hakim Məhərrəm Məmmədovun adı verilib.
AZƏRTAC xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən küçə Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə tanınmış hakimin adı ilə adlandırılıb. Şəhərin 3-cü məhəlləsində, Zərdab-Ucar avtomobil yolundan Suvarma Sistemləri İdarəsinə qədər uzanan küçənin uzunluğu 530 metrdir.
Qeyd edək ki, M.Məmmədov hakim kimi çalışdığı Zərdab rayonu ilə yanaşı, doğulduğu Cəbrayıl rayonunda da böyük nüfuza və hörmətə sahibi olub. Zərdablılar və Qarabağ camaatı bu gün də onu minnətdarlıqla xatırlayırlar.
M.Məmmədovun adını daşıyan küçədən bu gün onun övladları, nəvələri qürur hissi ilə keçib gedirlər. Gələcək nəsillər də onun ruhunu ehtiramla yad edəcəklər.
Şəhid hakim M.Məmmədovun oğlu, peşəkar vəkil Adəm Məmmədov atasının adının Zərdab rayonunda küçəyə verilməsinə görə ailəsi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












