Zəvvarlar Məkkədə yandırıcı istidən belə qorunur - FOTO

Hazırda Məkkə şəhərində gündüzlər temperatur 40 dərəcədən aşağı düşmür. Bu da zəvvarlar arasında günvurma hallarının olmasına gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, Səudiyyə hökuməti əvvəlki illərdə yüksək istilik, havasızlıq və kondisioner sistemindəki nasazlıq ucbatından baş vermiş kütləvi ölümlərin təkrarlanmasının qarşısını almaq istəyir. Meteoroloqlar yaxın günlərdə 45-50 dərəcə isti ola biləcəyini istisna etmirlər. Bu səbəbdən, 50 min nəfərlik (2024-cü ildəkindən 60 faiz çox) tibb personalı hazır vəziyyətə gətirilib, 700 nəfərlik soyudulmuş xəstəxana fasiləsiz fəaliyyət göstərir. Bundan başqa, 71 mobil qrup da yerində yardım üçün hazır vəziyyətdədir.
Qara daşın ətrafında təvaf edənlərin ciddi çətinliyi yoxdur. Burada dünyanın ən güclü kondisioner sistemi quraşdırılıb. Ventilyatorlar fasiləsiz olaraq havaya su çiləyir, döşəmə xüsusi sistemlə soyudulur.
Ən ciddi problem Ərəfat dağını qalxmaqdır. Burada gündüz vaxtı temperatur 50 dərəcəni keçə bilir. Həcc naziri Tofiq əl-Rabia bildirir ki, yol boyu 400 su məntəqəsi və minlərlə su çiləyici quraşdırılıb. Ərəfat dağına gedən yolun 4 kilometri qapalı şəraitə gətirilərək kondidionerləşdirilib. Bir çox hissədə kölgəlik qurulub.
Bu dəyişikliklərin səbəbi 2024-cü ildə baş vermiş ekstremal istilərdir. Avropanın meteoroloji ölçmələrlə məşğul olan “Copernicus” təşkilatı bildirir ki, 2024-cü il ölçmələr tarixində ən isti dövr olub.
Maraqlıdır ki, ərəb ölkələrindən gələn zəvvarlar üçün belə sərt iqlim qorxuducu deyil.
Vüqar
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO















