"Zığ Elektrik Avtobus Parkında 60 şarj stansiyası var" - Rəşad Nəbiyev

Tutumu 210 elektrik avtobusu olan Zığ Elektrik Avtobus Parkının ərazisində 60 şarj stansiyası mövcuddur.
Avtosfer.az-ın xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Parkda görülən işlərlə bağlı Prezident İlham Əliyevə məruzəsində bildirib.
O qeyd edib ki, Parkın ümumi ərazisi 5,4 hektardır. Burada Çin istehsalı olan BYD markalı 160 elektrik mühərrikli avtobus mövcuddur. Bu avtobusların istismar müddəti 15 ildir və hər biri 83 sərnişin tutumuna malikdir. Onların uzunluğu 12 metrdən bir qədər çox, eni 2 metr yarım, hündürlüyü isə 3 metrdən artıqdır.
Avtobusların fəaliyyətini təmin edəcək 100 şarj cihazı “Luobinsen” şirkətinin istehsalıdır. Cihazların yükləyici gücü 320kW təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir. Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək.
Nazir həmçinin diqqətə çatdırıb ki, elektrik mühərrikli “LEVC TX5” markalı plug-in hibrid taksilər İngiltərə növü olub Çin istehsalıdır. “Avro-6” standartlarına uyğun həmin avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobil həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Avtobus parkında həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət və texniki sahələr fəaliyyət göstərəcək. Marşrutların Monitorinq Mərkəzi isə avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











