Zığ yolunda ağır qəza - FOTOLAR

Xətai rayonu, Zığ şosesində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın xəbərinə görə, hadisə Cəmşid Naxçıvanski adına hərbi liseyinin yaxınlığında qeydə alınıb. H 022 817 dövlət nömrə nişanlı “KİA”nın sürücüsü idarəetməni itirərək “Opel”ə çırpılaraq yoldan çıxıb. Hadisə nəticəsində “KİA”nın sürücüsü bədən xəsarətləri alıb. O təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, “KİA”nın sürcüsü yağışlı havada sürət həddini aşıb, “Opel”in sürücüsü isə gözləmə nişanının tələbini yerinə yetirməyib. “KİA” və “Opel” markalı maşınlar cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO


















