Sosial şəbəkədə tanış olduğu şəxsdən 10 kq narkotik aldı - FOTO

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə əməliyyatar nəticəsində Zirə və Türkan qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Belə ki, Zirə qəsəbəsində yaşayan İsrafil Hüseynovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə və yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 10 kiloqram olan heroin, marixuana və metamfetamin aşkar edilib.
Qeyd edək ki, İsrafil Hüseynov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla Zirə və ətraf qəsəbələrdə satmaq məqsədi ilə əldə etdiyini bildirib. Keçirilən əməliyyat-texniki tədbirlərlə İsrafil Hüseynovun həmin narkotacirlə olan əlaqəsi və onun narkokuryerlik etmək təklifinə razılıq verməsi tam sübuta yetirilib.
Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının Türkan qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı da qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Baba Pənahov saxlanılıb. Onun üzərinə və evinə baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO














