Ziya Bünyadov prospektindən gedən sürücülərə bəd xəbər - VİDEO

Ziya Bünyadov prospektindən istifadə edən sürücülərə bəd xəbər. 4 gün ərzində prospektin müəyyən hissəsində yol bağlı olacaq. Avtosfer.az-ın məlumatina görə, bu gecə saat 12-dən ebtibarən mərkəzi prospektlərdən birində nəqliyyatin hərəkəti dayandırılacaq. Belə ki, Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyükşor yol qovşağına qədər olan hissəsində yol bağlanacaq. Yolun bağlanmasına səbəb aparılan tikinti işləridir.
“Böyükşor yol qovşağınadan 20 Yanvar, eləcə də Qələbə kinoteatrı qarşısında yerləşən dairə istiqamətindən nəqliyyatın hərəkət tam açıq olacaq. Kifayət qədər alternativ yollarımız var. Sürücülər alternativ yol kimi Müzəffər Nərimanov və Ələsgər Qayıbov küçələrindən istifadə edə bilərlər” – deyə “Azəryolservis” MMC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
20 Yanvar istiqamətindən gələn sürücülər Əliyar Əliyev küçəsilə kəsişmədə yerləşən yol otürücüsündən aşağı hərəkət edərkən Heydər Əliyev prospektinə və həmin ərazidə Bağırov körpüsü adlanan hissədə dönmə əməliyyatı yerinə yetirməklə yenidən Böyükşor yol qovşağı istiqamətinə gedə bilərlər. Böyükşor adlanan ərazidə sürücülərin dönmə əməliyyatını həyata keçirməsilə əks istiqamətə hərəkəti üçün xüsusi hissə salınaraq asfalt beton işlərinin aparılması nəzərdə tutulub.
“Azəryolservis” MMC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, hazırda Əliyar Əliyev küçəsilə kəsişmədə yerləşən yol otürücüsündə də işlər gedir, artıq həmin hissədə işlərin böyük bir hissəsi görülüb. Yolun bağlanması prosesi 4 gün davam edəcək. Tikinti işləri başa çatana kimi. Ona görə də, sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. ANS
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












