Ziya Məmmədov məhkəməni uduzdu

Bu gün Bakı Apelyasiya Məhkəməsi “Baki Əlvan Metal” ASC-nin Nəqliyyat Nazirliyinə qarşı Buzovnada yol tikintisi zamanı vurduğu ziyanın ödənilməsi barədə iddiasını təmin edib. 2010-cu ildə bu yol çəkilən zaman zavodun əmlakı dağıdılıb. Amma naməlum səbəbdən 5,3 ha sahəsi olan zavod kompensasiya alan mülkiyyətçilər siyahısına daxil edilməyib. Məhkəmə çəkişməsi 2013-cü ildən davam edir. İddiaçı 6 mln kompensasiya tələb edir. Məhkəmə ekspertizası ziyanı 3,8 mln manat qiymətləndirib. Amma Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, eləcə də “Azəryolservis” ASC-nin təqdim etdiyi sənədlərə əsasən, “Bakı Əlvan Metal” ASC ərazini süni şəkildə şişirdib. Məhkəmə dövlət büdcəsindən 969 min manat kompensasiya ayrılması barədə qərar çıxarıb. “Bakı Əlvan Metal”ın 200 səhmdarı var. Dövlət ƏMDK-nın şəxsində 30% səhm sahibidir. Nizamnamə kapitalı 1,6 mln manatdır. Bir səhmə görə mülkiyytçilər 1 manat alacaq. SC-nin sonrakı taleyi səhmdarlar kompensasiya alandan sonra məlum olacaq, - deyə müəssisənin İH sədri Rəfail Tağıyev "Turan"-a bildirib. Hazırda SC-nin 4 ha dövlət torpağı var.
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO










