Ziya Məmmədov nazirlik işçilərinin səfərbər edilməsini tapşırdı

Nəqliyyat naziri Ziya Məmmədovun göstərişilə nazirlik işçiləri 15 sentyabrda səfərbər olunacaqlar. Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov məlumat verib. “Sentyabr ayının 15-də yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin bütün strukturları, o cümlədən də Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejimində çalışacaq”.
N.Həsənov deyib ki, istər rayonlardan gələn avtobuslarda, istərsə də şəhərdaxili avtobuslarda problem yaranmamağı üçün bütün müfəttişlər, o, cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri də həmin gün monitorinqlərdə iştirak edəcək. “Marşrut çatışmazlığı olarsa, ehtiyat avtobusların hamısı xəttə buraxılacaq. Heç bir problemin olmamağı üçün həmin və ondan sonrakı bir neçə gün ərzində 24 saatlıq gücləndirilmiş iş rejimində sərnişinlərə xidmət göstəriləcək. Hər hansı problem, narazılıq yaranarsa, həm Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə, həm də Nəqliyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilərlər”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












