Ziya Məmmədovla Cavid Qurbanov yenidən bir arada - FOTOLAR

Prezident İlham Əliyev 13 oktyabr 2014-cü il də imzaladığı sərəncamlarla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisini ali dövlət mükafatları ilə təltif edib. Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov anspress-ə bildirib ki, bu gün həmin həmin mükafatların təqdimolunma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov açaraq dəmir yolunda mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub.
Sonra nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ali dövlət mükafatlarını dəmiryolçulara təqdim ediblər. Eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gənc dəmiryolçuya üzvlük biletləri təqdim olunub.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















