Zorla evakuasiya olunan avtomobillə bağlı yeni xəbər - VİDEO

Avtosfer.az saytının dünən Bakıda sürücüsü yanında olan avtomobilin zorla evakuasiya edilməsi ilə bağlı yaydığı videomaterial Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır. Artıq həmin kadrlarda görünən və avtomobilin evakuasiya olunmasına göstəriş verən polis əməkdaşının kimliyi müəyyən ediğib. Bu barədə Avtosfer.az saytına Baş DYPİ-nin şöbə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, həmin polis əməkdaşı idarəyə dəvət olunub və məsələ tam araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Videodan məlum olur ki, yol polisi olmayan polisin əmri ilə sahibi yanında olan “Jiquli” markalı avtomobil evakuasiya edilir. Maşın sahibi nə qədər çalışsa da, polis əməkdaşı avtomobili evakuatordan düşürmür. Bu azmış ki, polis əməkdaşı sürücüyə təzyiq göstərir, onu itələyib evakuasiya prosesinə maneə yaratmamağı tövsiyə edir. Sürücünün bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşı onu ora-bura itələyib avtomobili cərimə meydançasına aparır.
Qeyd edək ki, evakuasiyanı həyata keçirən polis əməkdaşı yol polisi işçisi deyil. Kamran Əliyev bildirib ki, polisin digər xidmətləri istənilən başqa xidmətə cəlb oluna bilər və burda qanun pozuntusu yoxdur: “Yol hərəkəti təhlükəsizliyinin nəzarəti həyata keçirilən xidmətə cəlb edəndə onlar protokol da yaza bilərlər. Məsələn, post patrul xidmətindən piyadalara qarşı mübarizə aparılması üçün 110-dan çox əməkdaş bu xidmətə cəlb edilib. Hansısa ərazidə avtomobillərin təxliyə olunması və digərə məsələlərlə bağlı da polisin digər xidmətlərindən də əməkdaşlar cəlb edilə bilərlər».
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, evakuasiyanı həyata keçirən avtomobilin nömrə nişanı 406-dır. Evakuasiya olunan ağ rəngli «VAZ-2107» markalı avtomobil isə 10 – 855-dir. Əldə etdiyimiz məlumata görə, videoda görünən və avtomobili evakuatordan düşürməyə çalışan iki nəfərdən biri Axundov parkının arxasında dayanacaq nəzarətçisidir. Digəri isə avtomobilin sürücüsüdür. Polis əməkdaşı avtomobili evakuasiya etmək istəyərkən əvvəlcə nəxarətçi yaxınlaşıb və maşının qapısını açaraq sürüb getmək istəyib. Lakin polis əməkdaşı buna imkan verməyib. Videodan da göründüyü kimi, avtomobil qapısı açıq habda evakuasiya olunur. Az sonra avtomobilin sürücüsü də ora yaxınlaşsa da, yenə nəticəsi olmur və maşın Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı cərimə meydançasına aparılır. Burada isə sürücüdən 40 manat cərimə alandan sonra maşını buraxıblar.
Qanunvericiliyə görə, evakuasiya olunan avtomobil hətta evakuatorun üstünə yüklənmiş vəziyyətdə olsa belə sürücü yaxınlaşıb özünü təqdim edirsə, avtomobil dərhal evakuatordan düşürülməli və sürücüyə dayanma-durma qaydasını pozduğuna görə yerindəcə inzibati protokol tərtib olunmalıdır. Bizim təqdim etdiyimiz videoda isə tam tərsini görürük.
Elməddin
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










