11 yaşlı uşaq çips paketi üstündə yeniyetmələrə atəş açdı - FOTO

ABŞ-ın Florida ştatında 11 yaşlı məktəbli anasının tapançası ilə çantasından onun çipsini oğurlayan yeniyetmələrə atəş açıb.
Uşaqlar Florida ştatının Apopka şəhərindəki istirahət mərkəzində futbol məşqində olublar. Məşqdən sonra oğlanlardan birinin anası onu götürməyə gəlib. Məktəblilər qəlyanaltı üstündə mübahisə ediblər, 13 yaşlı iki uşaq 11 yaşlı uşağın bir paket çipsini oğurlayıb. Yaşca böyük olan oğlanlar kiçik oğlanı təqib edərək ona hücum ediblər.
Buna cavab olaraq o, anasının maşınına tərəf qaçaraq, tapançanı çıxarıb və qaçan yeniyetmələrə atəş açıb. O, bir dəfə atəş açmağa müvəffəq olub, güllə məktəblilərdən birinin kürəyinə dəyib keçərək ikinci oğlanı dirsəyindən yaralayıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, kürəyindən yara alan uşaq əməliyyat olunub, ikincisi həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb. 11 yaşlı oğlana qarşı ittiham irəli sürülüb, silahı əlçatan yerdə saxlayan anasına qarşı da cinayət işi açılıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












