670 bal toplayan tələbə qrup yoldaşını bıçaqlayıb - MƏHKƏMƏ İŞİ

Bakıda Xəzər Universitetinin tələbəsi olmuş və qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işinin məhkəmə baxışı keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin tələbə yoldaşları, yəni Xəzər Universitetinin tələbələri olmuş şəxslərin ifadələri dinlənilib.
Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin tələbə yoldaşı Rüstəm Rüstəmov onunla heç bir düşmənçilik münasibətinin olmadığını deyib:
"Fərid qrup yoldaşım Məhəmmədi bıçaqlayıb. Hadisə yerində olmamışam. Mənə bu barədə yoldaşım Kərim məlumat verib. Həm təqsirləndirilən, həm zərərçəkmişlə bir yerdə oxumuşuq. Fəriddən bu vaxta qədər onun hər hansı bir əqli və ya psixoloji cəhətdən probleminin olduğunu görməmişəm".
Şahid Kərim Nəcəfli isə bildirib ki, həm təqsirləndirilən şəxslə, həm də zərərçəkmiş tələbə yoldaşı ilə çox yaxşı münasibətləri olub:
"2022-cildən 2025-ci ilə kimi yaxın olmuşuq. Eşitdiyim odur ki, guya Fərid Əliyev Məhəmmədi anası ilə bağlı ittihamlar səsləndirdiyinə görə vurub. Fərid sakit bir adam idi, onda hər hansı bir qəribəlik hiss etməmişəm".
Digər üç şahidin isə məhkəməyə məcburi gətirilməsi üçün qərar qəbul edilib. Məhkəmənin növbəti iclası martın 31-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin avqustunda Bakıda baş verib. Hadisəyə Fərid Əliyevin anası və tələbə yoldaşının mesajlaşdığı ilə bağlı iddialar səbəb olub. O buna görə tələbə yoldaşı ilə mübahisə zamanı ona bıçaq zərbələri endirib. Onu da qeyd edək ki, istintaq zamanı təqsirləndirilənin şübhələri ilə bağlı hər hansı bir fakt təsdiqini tapmayıb. Məlumata görə, təqsirləndirilən Fərid Əliyev qəbul imtahanları zamanı 670 bal toplayaraq Xəzər Universitetinə qəbul olunub. Onun hadisəni törədən vaxt anlaqsız vəziyyətdə olduğu da üzə çıxıb. Buna görə də o, 1 saylı Ruhi-Əsəb Dispanserində məcburi müalicəyə cəlb olunub. Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO










