ABŞ-də maşınını Çin konsulluğunun binasına çırpan sürücünü polis güllələyib - VİDEO

San-Fransiskoda (ABŞ) avtomobilini Çin konsulluğunun binasına çırpan sürücünü polis güllələyib. Həmin şəxs xəstəxanada ölüb.
Bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat yayılıb.
Bildirilir ki, qəza oktyabrın 9-da günorta saatlarında Giri bulvarı və Laquna küçəsi yaxınlığında baş verib. Avtomobil Çin konsulluğunun binasına çırpıldıqdan sonra hadisə yerinə gələn polis şübhəli şəxsə atəş açıb. Həkimlər zərərçəkənə yerindəcə tibbi yardım göstəriblər, sonra o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Bütün səylərə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Çin Baş Konsulluğu sürücünün sənədlərin işləndiyi əraziyə çırpıldığını və bunun işçilərin, həmçinin ziyarətçilərin həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Diplomatik nümayəndəlik hadisəni pisləyib və bunu vəhşi hücum adlandırıb.
oxu.az
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












