Abşeronda qadın avtobusun qapısından yerə yıxıldı

Abşeron Rayon Məhkəməsində avtobusla yol qəzası törətməkdə təqsirləndirilən Səməndər Əsgərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham CM-in 263.1-ci maddəsinə tövsif olunub və cinayət işi üzrə icraata xitam verilib, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunub.
İttihama görə, hadisə 09 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, həmin dövrdə Səməndər Əsgərov “İsuzi” markalı 535 saylı marşrut avtobusunu idarə edib. O, nəqliyyat vasitəsindəki sərnişin, zərərçəkmiş Səbinə Ələkbərzadə (şərti) avtobusdan düşən zaman avtobusu hərəkətə gətirib. Bu zaman qadın avtobusdan yerə yıxılıb və nəticədə qapalı kəllə-beyin travması alıb.
Hadisədən sonra Səməndər Əsgərov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Pravda.az
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












