Ağstafada 16 yaşlı oğlanı "Mercedes" vuraraq öldürüb

Hadisə 11 Oktyabr 2022 23:40 Oxunub 1932
Ağstafada 16 yaşlı oğlanı "Mercedes" vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Reportun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu "Mercedes" markalı avtomobil vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh