Aldadıb 200 manat borc aldı - Həbs olundu

Bakıda 200 manat borc alan şəxs həbs edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü T.Y. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş R.T.-nın yaxın dostu Namiqin adından pul alıb. Belə ki, T.Y. zərərçəkmişin nömrəsinə mesaj yazaraq ona dostu Namiq olduğunu bildirib və 200 manat pul istəyib. R.T. onun göndərdiyi bank kartına 200 manat köçürüb. Sonradan zərərçəkmiş dostu ilə əlaqə saxlayan zaman 200 manatı istəməsini səbəbini soruşub. Namiq isə pul istəmədiyini bildirib. Bundan sonra zərərçəkmiş polisə şikayət edib. Məhkəmədə təqsirləndirilən şəxs maddi imkanı pis olduğu üçün T.Y.-nı dostunun adından aldadaraq pul aldığını etiraf edib. Himayəsində 2 azyaşlı uşağı olduğunu deyən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirb. Məhkəmənin hökmü ilə T.Y. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bir ay müddətinə inzibati həbs edilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












