Arvadını əvvəl döyüb, sonra da zəncirləyərək sürüyüb - Yardımlıda DƏHŞƏT

Yardımlı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Əliqismət Qasımova hökm oxunub.
O, Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma və xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilib.
Bildirilib ki, Əliqismət Bakıda tanış olduğu Ucar rayon sakini, iki uşaq anası olan Ləman Qasımlı (şərti) ilə birgə işləməyə və yaşamağa başlayıb. Daha sonra onlar Yardımlının kəndlərindən birinə köçüblər. 26 may 2023-cü il tarixdə Əliqismət sərxoş halda arvadına ağır xəsarətlər yetirib. Belə ki, Ləmanın Ucara getmək istəməsini öyrənən şəxs onu amansızlıqla döyüb, daha sonra boğazına it üçün nəzərdə tutulmuş zənciri bağlayaraq sürüyüb. Qadın çoxsaylı xəsarətlərlə əvvəlcə Yardımlıdakı xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakıya köçürülüb.
Bundan başqa, Əliqismətin həmin hadisədən 2 ay əvvəl Bakıda işlədiyi yerdə bacısına hücum edərək ona da xəsarətlər yetirməsi məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 neçə gün əvvəl çıxardığı hökmlə Əliqismət Qasımova 6 il 6 ay həbs cəzası verilib. (qafqazinfo)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












