Astarada 18 yaşlı gənc bıçaqlandı

Astarada baş verən bıçaqlanma ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Zərərçəkən Z.Hüseynli və E.Şahbazov eyni sinifdə oxuyublar.
Onlar gecə saatlarında Astara rayonunun Pensər kəndində, çayxanaların birində oturublar. Bir müddət sonra sinif yoldaşları arasında münaqişə yaranıb. Bu zaman E.Şahbazov üzərində gəzdirdiyi bıçaqla Z.Hüseynlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirib. Z.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Hazırda həkimlər Z.Hüseynlinin vəziyyətini orta-ağır qiymətləndirirlər.
Fakt üzrə araşdırma davam etdirilir. (apa)
***
Astarada bıçaqlanma olub.
Astara rayon sakini, 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Şabanzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












