Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib. Burada onunla qayınanası və baldızı arasında mübahisə yaşanıb. Mübahisə zamanı Süsən odun peçinin üstündəki isti çaydanı götürərək, içərisindəki çayı qayınanasının üstünə töküb. Nəticədə qadının bədəninin 17 faizi yanıq xəsarətləri alıb. Bu zaman baldızı çaydanı Süsənin əlindən almaq istəyib. Lakin qaynar çay onun da ayağının üstünə tökülüb. Faktla bağlı Süsən İmanova barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib. Astara Rayon Məhkəməsinin qərarı ilə Süsən İmanova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












