ATƏT-in Minsk qrupunun keçmiş həmsədrinin maşını oğurlandı

Oktyabrın 28-də diplomatik xidmətin əməkdar işçisi Vladimir Kazimirov “Mitsubishi Lancer” markalı avtomobili Komsomolski prospektində poçt şöbəsindən çox aralıda saxlayıb.
30 dəqiqədən sonra o, poçt şöbəsindən çıxaraq dayanacağa getsə də, avtomobilini tapmayıb.

Kazimirov həmin gün oğurluq hadisəsi ilə bağlı polisə məlumat verməyib - o, maşının evakuatorla aparıldığına qərar verib. Ertəsi gün bir dostu onu görməyə gəlib və onunla birlikdə mümkün evakuasiya yerlərinə zəng etməyə başlayıb. Amma maşın heç yerdə olmayıb. Noyabrın 2-də diplomat polisə ərizə yazıb. Oğurlanan 2015-ci il istehsalı olan “Mitsubishi Lancer” 1 milyon rubl (10 min dollardan çox) dəyərində qiymətləndirilib. Hazırda xarici avtomobil əməliyyat axtarışındadır.
Xatırladaq ki, Vladimir Kazimirov ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı həmsədridir. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












