Avtobusda nömrə vermək ailəli kişiyə baha başa gəldi

Sumqayıtda kişi şantaj olunub.
Hər şey şəhər ərazisində hərəkət edən 7 saylı marşrut avtobusunda başlayıb.
Şəhər sakini Aysel Qurbanova (ad soyad şərtidir) qeyd olunan marşrut avtobusunda olan zaman bir nəfər sərnişin Elnur Ağayev (ad soyad şərtidir) həmin xanımla üzbəüz əyləşib. Elnur qarşısında oturan xanımın dayanmadan ona baxdığını görüb və onunla tanış olmağa can atıb. Bunun üçün öz mobil nömrəsini telefonunda yazmaqla Ayselə göstərib və xanım onun telefonundakı nömrəni video görüntü ilə qeydə alıb.
Bundan sonra Aysel həmin görüntünü “TikTok” şəbəkəsində paylaşıb və Elnur ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq, videonu silmək üçün ondan 500 manat pul tələb edib. Pulu verməsə “Whatsapp” statuslarından götürdüyü Elnurun övladlarının şəkillərini də “TikTok” şəbəkəsində rüsvayedici başlıqlarla paylaşacağını deyib. Elnur videonun yayıldığını, qohumlar və tanışlar arasında biabır olduğunu görüb və Ayselin hədələrindən sonra polisə müraciət edib.
Müraciət əsasında Aysel Qurbanova şübhəli şəxs qismində saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












