Avtomobildə "hoqqa" verən gənclər: sükan çənbərini ayağıyla idarə edib.. - VİDEO

Gənclərin avtomobildə təhlükə saçan davranışları sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında baş verib. Görüntüdən aydın olduğu kimi, “Toyota” markalı avtomobilin sürücüsü maşının yan şüşəsindən çölə çıxıb və sükan çənbərini ayağıyla idarə etməyə başlayıb. Daha sonra yan oturacaqda əyləşən sərnişin sürücü tərəfə keçib və sükanı idarə etməyə çalışıb. Yenidən sükana qayıdan sürücü sərnişini qucağına alaraq avtomobili sürüb. Bu zaman arxada əyləşən sərnişinlərdən biri avtomobilin yan şüşəsindən çölə çıxıb və qarşı tərəfin yan şüşəsinə keçib. Qorxu dolu hərəkətə baş vuran gənc çətinliklə geri qayıdıb.
Qeyd edək ki, son zamanlar gənclər arasında yeniyetmə və həmyaşıdlarına pis örnək olan bu tip videolar sıx paylaşılır.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












