Avtomobilin üzərinə meteorit düşdü - VİDEO

Fransanın Strasburq şəhərində avtomobilin damına meteorit düşüb.
Alimlər ehtimal edilən meteoritin düşməsi ilə bağlı maraqlı bir məsələyə diqqət çəkib.
Meteorit damda 50 santimetrlik deşik buraxaraq avtomobilin şüşəsini sındırıb. Hadisədən sonra yerli sakinlər polisə müraciət ediblər.
Maşının sahibinin nə baş verdiyindən xəbəri olmayıb. Yerli yanğınsöndürmə idarəsinin kapitanı Matye Koloberin sözlərinə görə, xilasedicilər oraya çatdıqdan sonra diametri təxminən 50 santimetr olan böyük çuxur aşkar ediblər. Meteorit avtomobilin damından, gövdənin altından və yanacaq çənindən keçib.
Mütəxəssislər heç bir radioaktivliyin aşkar edilmədiyini müəyyən ediblər. Tipik olaraq meteoritlərdə yalnız az miqdarda radioaktiv material var, buna görə də radioaktivliyin olmaması təəccüblü deyil.
Müstəntiqlər avtomobildə şübhəli bilinən meteoriti tapa bilməyiblər, lakin yaxınlıqda bir qayanın olduğunu görüblər. Yəqin ki, zərbə o qədər güclü olub ki, meteorit parçalanıb.
Eyni zamanda, nüvə fiziki və meteorit mütəxəssisi Tim Qreqori daşın ulduz mənşəli olmasına şübhə ilə yanaşır.
"Bu qədər böyük bir çuxur yaratmaq üçün əsl qaya lazımdı. Kimyəvi testlər kiçik qayanın meteorit olub-olmadığını göstərəcək. Hələ ki bununla bağlı dəqiq məlumat vermək çətindir", - o deyib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












