Azərbaycan Fayık Karaçölü Türkiyəyə təhvil verdi

Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı ölkəsinə təhvil verilib.
Baş Prokurorluqdan verilən məlumata görə, Türkiyə vətəndaşı Fayık Karaçöl həmin ölkədə qəsdən adam öldürməyə cəhd əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən beynəlxalq axtarışa verilmişdi.
Fayık Karaçölün verilməsinə dair Türkiyənin səlahiyyətli orqanlarının vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cari il sentyabrın 19-da məhkəmə tərəfindən "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına əsasən, vəsatət təmin edilərək təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.
Noyabrın 3-də təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












