Ağdamda "KamAZ" minaya düşdü - Qərargah rəisi və digər hərbçimiz şəhid oldu - YENİLƏNİB

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Şadmanov Əkrəm Yunus oğlu və Seyidov Tural İslam oğlunun həlak olması və Əliyev Elvin Taleh oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi və Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosessual yoxlama hərəkətləri icra edilib.
Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
***
Sentyabrın 24-ü saat 17:35-də Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əkrəm Yunis oğlu Şadmanov və Tural İslam oğlu Seyidov şəhid olublar.
Digər hərbi qulluqçumuz Elvin Taleh oğlu Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












