Azərbaycan səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə iclası keçirilib - FOTO

Azərbaycanın səfirliyinə hücumu törədən şəxs barəsində cinayət işi üzrə məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.
İclasın əvvəlində hakim tərəfindən təqsirləndirilən şəxsə ittiham izah edilib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.
Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının Səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürmək, qanunsuz silah və döyüş sursatı almaq, gəzdirmək və saxlamaqda məsuliyyət daşıyır. O, 1 Kalaşnikov və 1 tapançadan istifadə edərək ictimai asayişi pozmaqda ittiham olunur.
İş üzrə təqsirləndirilən şəxslərin digər ittihamları sırasında səfirliyin Azərbaycan vətəndaşı olan üç əməkdaşının vurulması və qəsdən xəsarət yetirilməsi də var.
Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.
Sonda hakimin elanı ilə bu iş üzrə icraatın başa çatması elan edilib və məhkəmənin sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan bir ildir, bu terrorun ciddi araşdırılacağını, təşkilatçıların cəzalandırılacağını gözləsə də, bu, hələ ki nəticəsiz qalıb.
Maraqlıdır ki, belə bir terrorda təqsirləndirilən şəxsin fotosunu İRNA agentliyi açıq şəkildə yayımlamır. (qafqazinfo)

Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










