Azərbaycanda dəhşətli qətl: Azyaşlı uşağının gözü qarşısında arvadını öldürdü - YENİLƏNİB

Şirvan Şəhər Prokurorluğu gecə saatlarında baş verən hadisə ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, iyulun 29-u, gecə saat bir radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
09:40
Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb.
APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib.
Həmin ünvanda kirayə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Qəmbərov Kəmaləddin Rasəddin oğlu həyat yoldaşı - Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Qəmbərova Cəmilə Yaqut qızını bıçaqla qətlə yetirib.
Qəmbərov Kəmaləddin daha sonra baldızı Məcidova Sevinc Yaqut qızına ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qəmbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO
Binədə yol nişanı aşırıldı; qurum hərəkətə keçdi - FOTO
Laçında çayda batan “Niva” belə çıxarıldı - VİDEO
“Zebra” olmayan yerdə yolu keçən şəxsi maşın vurdu; qalxıb sürücüyə hücum etdi - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Analarının öldürülməsini azyaşlı övladları qonşulara xəbər verdilər - VİDEO - YENİLƏNİB
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO










