Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ: Araşdırma BAŞLANILDI

Hadisə 13 İyul 2026 09:11
Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ:  Araşdırma BAŞLANILDI
WhatsApp kanalımıza abunə olun

Gəncə şəhərində yas mərasimində baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı prokurorluqda araşdırmalara başlanılıb.

Avtosfer.az xəbər verir ki, 12 iyul tarixində Gəncə şəhərində yas mərasimində iştirak etmiş Rüstəmova Nuriyyə Daşdəmir qızı, Əliyeva Bənövşə Fəxrəddin qızı, İsmayılova Mahirə Mayıl qızı, Teymurlu Amin Həzi oğlu, Hüseynova Sevil Sərdar qızı, həmçinin azyaşlılar – 2015-ci il təvəllüdlü Hüseynova Zeynəb Azər qızı, 2017-ci il təvəllüdlü Məmmədov İbrahim Rauf oğlu və 2020-ci il təvəllüdlü İsayev Uğur Anar oğlunun zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Qeyd edək ki, hadisə iyulun 12-də Gəncə şəhərində keçirilən yas mərasimində baş verib. İlkin məlumata əsasən, mərasimdə iştirak edən bir neçə nəfər qəbul etdikləri qidadan sonra özlərini pis hiss edərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma davam etdirilir.



***
İyulun 12-də Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə Avtosfer.az-a agentlikdən məlumat verilib. 

"İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.

Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

***12 iyul, 20:11
Bu gün Gəncədə baş verən kütləvi zəhərlənmənin təfərrüatı məlum olub.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində keçirilən yas mərasimində baş verib.

Yas yerində səkkiz nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlərin arasında azyaşlılar da var. Hadisə ilə bağlı araşdırma aparılır.

Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanaya yerləşdirilərin vəziyyətini açıqlayıb.

Bildirilib ki, bu gün saat 18 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub:

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".

***20:00

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib

***19:13

Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.

Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, yeddi nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.

Onlar arasında azyaşlılar da var.

Xəstəxanaya yerləşdirilən şəxslərin adları məlum olub: Nuriyyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ.Məmmədov (2017), Z.Hüseynova (2015), U.İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987)

Oxunub : 1386
ŞƏRH YAZ
Ad

E-mail

Şərh