Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular - FOTO - VİDEO - YENİLƏNİB

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni inşa olunan Qarabağ küçəsi ilə tanış olublar.
Avtosfer.az xəbər verir ki, qonaqlar Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər. Bu binalar arasında mehmanxana, apart hotel, ofis və ictimai iaşə obyektləri yer alır.
Qonaqlara bildirilib ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq simasına və ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilib. Layihənin həyata keçirilməsi tarixi şəhər və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın inkişafı istiqamətində görülən işlərin tərkib hissəsidir. Yeni tikililər şəhərin memarlıq ansamblını tamamlayır, eyni zamanda, burada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin miqyasını əyani şəkildə nümayiş etdirir.
Qeyd edək ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı gözlənilir.
*** 18:24
Şuşa şəhərində keçiriləcək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
Avtosfer.az xəbər verir ki, Forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Buradan onlar Şuşa şəhərinə yola düşəcəklər.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Şuşa Qlobal Media Forumu indiyədək keçirilən tədbirlər çərçivəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsini, eksperti və rəsmi şəxsi bir araya gətirərək qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi mövqeyini möhkəmləndirib.
Forum iyulun 14-dək davam edəcək.






Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










