Azərbaycanda sabiq deputat bacısı oğlunu həbs etdirmək istədi

70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, "Ştutqart" mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib.
Avtosfer.az Teleqraf.az-a istinadla xəbər verir ki, sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri üzrə təqsirli bilinməsini, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Nəriman Əliyevin Masallı Rayon Məhkəməsinə müraciət etməsinə isə Pərviz Abdullayevin sosial şəbəkədə yazdığı bu status olub:
"Min bir əziyyətlə qurub yaratdığımız 25-30 milyon manatlıq şirkət - "Ştutqart" mağazalar şəbəkəsi və buna bağlı olan digər şəbəkələri dayım - keçmiş millət vəkili Nəriman Əliyev tərəfindən əlimizdən alınıb və arxasına keçib. Haramı olsun, istədiyi kimi yeyir, bizim tərəfimizdən bütün qurumlara müraciət olunsa da, hər yerə pul verərək haqqımızı yeyirlər. Nəriman Əliyev bir neçə məmurun adın çəkib deyir ki, onlar mənim arxamdadırlar. Bu, Nəriman Əliyevin birinci böyük şirkətləri ələ keçirməsi deyil, əvvəllər də belə böyük şirkətləri ələ keçirib və şərikinə kələk gəlib. Konkret iranlı şərikinin ürəyi partlayıb öldü. Bizim hələ ürəyimiz partlamayıb və bizə bu ölkədə kömək edəcək elə böyük yaxın məmur dostumuz yoxdur.
Nərimanın insafı da yoxdur. Əksinə öyrəşib kimlərəsə pul verib, kimlərəsə şər atdırıb tutdurmağa. "Ştutqart" mağazalar şəbəkəsinin adını mən qoymuşdum. Arzularımız, xəyallarımız var idi. Şəbəkəni tam ələ keçirdikdən sonra dərhal adını dəyişib "Şassi" qoydu".
Məhkəmə müəyyən edib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Cinayət Prosessual Məcəllənin 293.3-cü maddəsinin formal tələblərini pozmaqla tərtib edilib. Bu səbəbdən məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












