Azərbaycanda sərnişin avtobusu yanıb - VİDEO

Sumqayıtda sərnişin avtobusu yanıb.
Avtosfer.az bu barədə baku.ws-ə istinadən xəbər verir.
Bildirilib ki, hadisə 5-ci mikrorayon ərazisində, Novxanı istiqamətində gedən yolda qeydə alınıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb.
Qurumdan cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, avtobusun hərəkətdə olduğu zaman tüstülənərək mühərrik hissəsinin yanmağa başladığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən avtobusun digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












