Azərbaycanda xəyanət cinayətə səbəb oldu - "Kirvəmin oğlunun maşınına minib..."

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az pravda.az-a istinadla xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu il fevralın 15-də Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib ki, qızını namus üstündə öldürüb. O bildirib ki, Zəminə Mehtiyeva öz həyat yoldaşı ilə birlikdə yaşamasa da, boşanmayıb. Salam Cəfərov söyləyib ki, qızının kirvəsinin oğlu ilə sevgi münasibətləri olub, bir neçə dəfə qadını gecə vaxtı həmin şəxsin avtomobilinə minib-düşdükdə görüb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












