Azərbaycanlı avtoritetlərin lideri ilə bağlı yeni qərar

Rusiyanın Orenburq vilayətinin Lenin rayon məhkəməsi 39 yaşlı “qanuni oğru” Zaur Şipilov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxıb. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, kriminal aləmdə “Zaur Naxçıvanski” ləqəbi ilə tanınan Şipilovun barəsində məhkəmənin 29 yanvar tarixli qərarı ilə həbs müddəti 15 mart 2026-cı ilədək uzadılıb. Orenburq şəhərindən olan Zaur Şipilov tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur. O, 2025-ci ilin iyul ayında saxlanılıb. Şipilova Rusiya Federasiyası Cinayət Məcəlləsinin cinayət iyerarxiyasında ali mövqe tutmaqla bağlı maddəsi üzrə ittiham irəli sürülüb. Onun kriminal aləmdəki yolu xeyli əvvəl başlayıb: 27 yaşında Türkiyədə “taclandırıldıqdan” sonra Rusiya DİN-in aktiv “qanuni oğrular” siyahısına daxil edilib.
Şipilovun bioqrafiyası səs-küylü hadisələrlə sıx bağlıdır. Atası 2006-cı ildə Moskvada “qanuni oğru” Hikmət Muxtarova qarşı sui-qəsd zamanı öldürülüb. Zaur Şipilov özü isə əvvəllər Minussinsk həbsxanasında narkotik maddələrin saxlanmasına görə cəza çəkib və 2018-ci ildə azadlığa buraxılıb. Xarici kriminal dairələrlə sıx əlaqələrinə baxmayaraq, Şipilov Rusiya vətəndaşıdır və bu da onun ekstradisiyasını mümkünsüz edir. “Polojenets” (nəzarətçi) statusu ilə bağlı məhkəmə prosesini gözlədiyi müddətdə o, istintaq təcridxanasında saxlanılmağa davam edəcək. Həbs müddətinin uzadılması barədə qərar hələ qanuni qüvvəyə minməyib.
Qeyd edək ki, Zaur Naxçıvanski Şakro Molodoyun istəyi ilə Rusiyadakı azərbaycanlı kriminal dairələrin başçısı seçilib.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












