Azərbaycanlı ekspert insanları intim görüntüləri ilə şantaj edən dəstəni ifşa edib - FOTO

Hadisə 2 Fevral 2024 20:00 Oxunub 642
Azərbaycanlı ekspert insanları intim görüntüləri ilə şantaj edən dəstəni ifşa edib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, informasiya texnologiyaalrı üzrə mütəxəssis Fərid Pərdəşünas insanları intim görüntülərlə şantaj edən beynəlxalq cinayətkar dəstəni ifşa edib. 

Azpost.info bildirir ki, bu barədə F.Pərdəşünas məlumat verib.

İnternet üzərindən ayrı-ayrı şəxslərə video görüntü ilə intim münasibətlər təklif edən və bunu videoya çəkən bu dəstə sonra külli miqdarda pul tələb edərək hədə-qorxu gəlirlər.

Pərdəşünasın sözlərinə görə, internet üzərindən belə bir təklif alan kimi bu dəstənin izinə düşüb. Məlum olub ki, Bolqarıstandan idarə olunan bu cinayətkar dəstədə müxtəlif ölkələrin vətəndaşları var.

Azərbaycana yönəlik zənglər üçün türk qadınlarından istifadə edilir: “Mənə türk qızları vasitəsi ilə təklif edildi. Bolqar dələduzluğunun ifşa videosunu qeydə aldım. Az əvvəl danışıq baş tutdu. Danışıq ərzində mənim onları ifşa etdiyim ortaya çıxanda quruplaşmanın rəhbəri olan kişi qızdan dəstəyi aldı və dəhşət əsəbi şəkildə davamız başladı. Söyüşlərin, görüntülərin biri bir qəpik… Video sabah Telegram kanallarından yayımlanacaq”.

F.Pərdəşünas bildirib ki, Azərbaycanda bu şəbəkənin əlindən əziyyət çəkən xeyli insan var.

“Bir tanış bu kiberşantajla bu dələduzlara 18 min avro pul ödəyib. Polisdə çox sayda qeydə alınmış hadisə var.

“Bolqar dələduzluğu kişilərlə görüntülü danışıb, onların intim görüntülərini çəkərək, kiber şantaj üsulu ilə pul almaqdır”.

F.Pərdəşünas bununla bağlı videounun sabah yayımlayacağını və DİN-ə müraciət edəcəyini bildirib.

Azərbaycanda bir neçə il öncə bu qruplaşma tərəfindən şantaja məruz qalanlar olmuşdu. Onların içində ən rezonans doğuranı YAP-nın Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovla bağlı yayılmış intim görüntülər idi. 2021-ci ildə bu beynəlxalq cinayətkar qruplaşmanın toruna düşən R.Göyüşov hisslərinin qurbanı olmuşdu.

Fərid Pərdəşünas 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Technote Media Şirkətini təsis edib. Onun “www.technote.az” veb saytı informasiya portalı olaraq fəaliyyətə başlayıb.

F.Pərdəşünas İkinci Qarabağ Müharibəsi zamanı informasiya müstəvəsində könüllü kimi fəaliyyət göstərib.Erməni mediasında bir vaxtlar gündəm olan “Tavush Bot”un müəllifi və təsisçisidir.

Fərid Pərdəşünas zaman-zaman texnoloji savadlılıq və kibertəhlükəsizlik mövzularında ictimai çıxışlar edir.

2021-ci ildə Azərbaycanda qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə Prezident mükafatına layiq görülüb.

Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh