Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi

Rusiyanın Tver vilayətinin Rameşkov rayon məhkəməsi vətəndaşı Rusiya Cinayət Məcəlləsinin 327-ci maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib.
Avtosfer.az bildirir ki, kişi saxta sürücülük vəsiqəsini bilə-bilə almaqda, saxlamaqda və istifadə etməkdə ittiham olunub. Məlum olub ki, 2022–2025-ci illər ərzində o, Azərbaycanda “B” və “C” kateqoriyaları üzrə saxta sürücülük vəsiqəsini qanunsuz yolla əldə edib. Sənədə onun fotosu yapışdırılıb və şəxsiyyət məlumatları qeyd edilib. Təqsirləndirilən şəxs bu vəsiqəni istifadə etmək məqsədilə həm evində, həm də üzərində saxlayıb.
2025-ci ilin iyun ayında o, Rameşki qəsəbəsində Bejetskaya küçəsi 20 nömrəli binanın yaxınlığında avtomobil idarə edərkən Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt şübhəli polis əməkdaşlarına saxta sürücülük vəsiqəsini orijinal sənəd kimi təqdim edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirib ki, ona irəli sürülən ittihamın mahiyyətini anlayır, lakin özünü günahkar hesab etmir və Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsinə əsaslanaraq ifadə verməkdən imtina edib.
Məhkəmə toplanmış sübutları kifayət hesab edərək təqsirləndirilən şəxsin günahının sübuta yetirildiyi qənaətinə gəlib. O, irəli sürülən cinayəti törətməkdə təqsirli bilinib və vətəndaşın səhhəti, ailə üzvlərinin vəziyyəti, həmçinin əvvəllər məhkum olunmaması nəzərə alınaraq ona cəza kimi 20 min rubl məbləğində cərimə təyin edilib (Ajans.az).
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












